Bank Of Baku

Abel Məhərrəmov: “BDU-nun tələbələrə Neft Akademiyasında, Neft Akademiyasının tələbələri BDU-da imtahan verəcəklər” - FOTO

Abel Məhərrəmov: “BDU-nun tələbələrə Neft Akademiyasında, Neft Akademiyasının tələbələri BDU-da imtahan verəcəklər” - <font color=red>FOTO</font>
# 16 sentyabr 2011 13:18 (UTC +04:00)
APA-nın məlumatına görə, BDU-da keçirilmiş tədbirdə hər iki ali məktəbin rektorları, həmçinin akademik və professorları, işçi heyəti iştirak edib. BDU-nun rektoru Abel Məhərrəmov ali məktəblər arasında yaxın münasibətlərin qurulmasının vacibliyini vurğulayıb: “Düzdür, biz indiyədək də Neft Akademiyası ilə əməkdaşlıq edirdik. Amma indi əməkdaşlığımızı rəsmiləşdiririk. Bu gün imzalanan sazişin əsas istiqamətləri elm və təhsil sahəsində əməkdaşlıq, birgə beynəlxalq proqramlar, qrantlar üzərində işləmək və s. daxildir. Əsas yenilik isə ondan ibarətdir ki, BDU-nun tələbələri ADNA-da ADNA-nın tələbələri isə BDU-da müvafiq fənlər və ixtisaslar üzrə kredit götürəcəklər. BDU-nun tələbələrə Neft Akademiyasında, Neft Akademiyasının tələbələri BDU-da imtahan verəcəklər”.

ADNA-nın rektoru Siyavuş Qarayev də çıxışında sazişin əhəmiyyətindən danışıb. O, tələbələrin sazişdən sonra reallaşacaq yeniliyi müsbət qarşılayacağını deyib: “Bu, təkcə bizdə yox, bütün Avropada qəbul olunan bir şeydir”.

Sonda rektorlar BDU ilə ADNA arasında qarşılıqla əməkdaşlıq haqqında sazişi imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR