Bank Of Baku

Astarada əmək yarmarkası keçirilib

Astarada əmək yarmarkası keçirilib
# 16 sentyabr 2011 14:09 (UTC +04:00)
Astara. Ağəddin Babayev - APA. Bu gün Astara rayonunda növbəti əmək yarmarkası keçirilib.

Rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, yarmarkaya 25 idarə, müəssisəsə və təşkilatdan 184 vakant iş yeri çıxarılıb. Bunlardan 18-i dövlət, 7-si özəl sektora məxsus olub.

Mərkəzi Rayon Xəstəxanası və Təhsil Şöbəsində daha çox işçiyə tələbat olduğu müəyyənləşdirilib. Yarmarkada iştirak edən 380 nəfərdən 58-i öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. Vakant iş yerləri üzrə əmək haqqı 180-200 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR