Bank Of Baku

Bakıda “Nüvə enerjisindən dinc məqsədlərlə istifadə” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Nüvə enerjisindən dinc məqsədlərlə istifadə” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 17 sentyabr 2011 11:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda “Nüvə enerjisindən dinc məqsədlərlə istifadə” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, noyabrın 7-8-də baş tutacaq konfransda son illərdə dünyada bu istiqamətdə aparılan nəticələr təhlil ediləcək.
A.Qəribov hazırda bir neçə ölkə ilə elmi əməkdaşlığın aparıldığını da deyib. Hazırda institutun 2 əməkdaşı Cənubi Koreyada təcrübə keçir, daha iki əməkdaşın isə Fransanın nüvə reaktoru ilə tanışlığı üçün bu ölkəyə göndərilməsi gözlənilir. Almaniya ilə isə elmi əməkdaşlıq haqqında protokolun imzalanmasına hazırlıq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR