Bank Of Baku

Qaradağ rayonunda Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü ilə əlaqədar iməcilik keçirilib

Qaradağ rayonunda Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü ilə əlaqədar iməcilik keçirilib
# 17 sentyabr 2011 11:50 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü ilə əlaqədar bu gün
Qaradağ rayonunun Şıxlar bağ massivi ərazisində iməcilik keçirilib. İməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları ilə yanaşı, yerli icra strukturlarının, QHT-nin, bələdiyyələrin və digər özəl təşkilatların 200 nəfərə yaxın nümayəndəsi iştirak edib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 35 hektar ərazi 12 m3-ə qədər məişət tullantısından təmizlənib. Keçirilən tədbirin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.
Xatırladaq ki, Beynəlxalq Sahilyanı Təmizlik aksiyası çimərliklərin, daxili suların, okeanın zibil və tullantılardan təmizlənilməsi məqsədilə hər il həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR