Bank Of Baku

Millət vəkili Qənirə Paşayeva Türkiyədə keçirilən II Böyük Rumeli Balkan adlı tədbirə qatılıb

Millət vəkili Qənirə Paşayeva Türkiyədə keçirilən II Böyük Rumeli Balkan adlı tədbirə qatılıb
# 17 sentyabr 2011 12:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Türkiyənin Bursa Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi II Böyük Rumeli Balkan adlı tədbirə qatılıb. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Q. Paşayeva Bursanın Atatürk stadionunda türkdilli ölkələrin millət vəkillərinin, hökumət nümayəndələrinin, ziyalılarının və elm adamlarının iştirakı ilə keçiriləcək tədbirdə çıxış edəcək. Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü, bu illər ərzində ölkənin keçdiyi inkişaf yolu, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vandalizm aktları barədə məlumat verəcək.

Səfər çərçivəsində Q. Paşayevanın türkdilli ölkələrdən olan millət vəkilləri və hökumət nümayəndələri ilə görüşləri, həmçinin ölkə televiziyalarına və mətbuatına müsahibələri də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR