Bank Of Baku

Macarıstanda İkinci Dünya Müharibəsi zamanı vurulmuş Sovet ordusuna məxsus təyyarə tapılıb

Macarıstanda İkinci Dünya Müharibəsi zamanı vurulmuş Sovet ordusuna məxsus təyyarə tapılıb
# 17 sentyabr 2011 14:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Macarıstanın şimalındakı bir qəsəbədə əkin sahəsindən İkinci Dünya Müharibəsi zamanı Sovet ordusuna məxsus olmuş bir döyüş təyyarəsi tapılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Macarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
İki pilotlu və tək mühərrikli Sovet istehsalı olan «İL-2» döyüş təyyarəsinin 1945-ci ildə Macarıstanı bombalayan zaman vurulduğu ehtimal edilir. Ərazidə aparılan qazıntılar zamanı mühərrik bütöv şəkildə çıxarılıb. Təyyarədən həmçinin pilotun gözlüyü tapılıb. Hazırda hadisə zamanı pilot və tuşlayıcının ölüb-ölmədiyi dəqiqləşdirilir.

Qeyd edək ki, SSRİ hərbi sənayesi tərəfindən 36163 ədəd «İL-2» təyyarəsi istehsal olunub. Bunun 12 min ədədi döyüşlərdə vurulub, 11 min ədədi isə qəzaya uğrayıb. Bütövlüdə bu qəza və döyüş əməliyyatlarında 8100 pilot və 57 min tuşlayıcı həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR