Bank Of Baku

ADA-nın Kitab Mərkəzi uşaqlar üçün film nümayişi keçirib - FOTOSESSİYA

ADA-nın Kitab Mərkəzi uşaqlar üçün film nümayişi keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 17 sentyabr 2011 15:46 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzi 3-6 yaşlı uşaqlar üçün məşhur “Maşınlar” (“Cars”) cizgi filminin nümayişini keçirib. ADA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 50 yaxın uşağın qatıldığı tədbirdə onlara yol qaydalarının mahiyyəti, qadağanedici yol işarələri, aktiv hərəkəti olan nəqliyyat dəhlizlərində davranış qaydaları barədə məlumat verilib. Daha sonra uşaqlar zehni inkişafı gücləndirən digər oyunlara cəlb olunub, onlara maraqlı uşaq kitablar oxunub, viktorinalar təşkil edilib. Qeyd olunub ki, son illərin ən uğurlu layihələrindən olan “Maşınlar”, iki dəfə Oskar mükafatına namizəd göstərilib.

Tədbirə balacaların valideynləri, ADA-nın əməkdaşları da qatılıb.
ADA-nın Kitab Mərkəzi, ictimaiyyətin bütün təbəqələrinin maarifləndirilməsi, asudə vaxtlarının faydalı keçirilməsi üçün tədbirlərini davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR