Bank Of Baku

Bakıda növbəti təhsil sərgisi keçiriləcək

Bakıda növbəti təhsil sərgisi keçiriləcək
# 19 sentyabr 2011 07:00 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 24-25-də Bakıda növbəti beynəlxalq təhsil sərgisi açılacaq. APA-nın xəbərinə görə, sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Şimali Kipr, Türkiyə, ABŞ, Avstriya, Malayziya, Yunanıstan, İspaniya və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcəklər. Ümumilikdə, sərgidə 12 ölkənin 50 ali təhsil ocağı təmsil olunacaq. Tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar.

Qeyd edək ki, sərgi Türkiyənin məşhur “Akare International Education Fairs” şirkəti tərəfindən təşkil olunacaq. Sərgidə diplomatik korpus nümayəndələri və dövlət rəsmilərinin iştirakı da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR