Bank Of Baku

Dövlət Kino Foto Sənədləri Arxivinə 1139-cu il Gəncə zəlzələsinə aid fotosənədlər daxil olub

Dövlət Kino Foto Sənədləri Arxivinə 1139-cu il Gəncə zəlzələsinə aid fotosənədlər daxil olub
# 19 sentyabr 2011 09:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dövlət Kino Foto Sənədləri Arxivinə Gəncə şəhərinə aid yeni fotosənədlər daxil olub. Milli Arxiv İdarəsindən APA-ya verilən məlumata görə, fotosənədlər 1139-cu il Gəncə zəlzələsindən sonra dağılmış şəhər xarabalıqlarını əks etdirir. 1604-cü ildə İ Şah Abbas tərəfindən qədim Gəncənin dağıdılması da fotosəndələrdə öz əksini tapıb. “Üçtağlı körpü” qala bürcü, qala divarları, “Beş tağlı körpü”, məscid qalıqları, XI-XIII əsrlərə aid bitki yağı istehsal edən dəyirmanın qalıqları, İmamzadə ziyarətgahının tağlı giriş qapısı da fotosənədlərdə əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR