Bank Of Baku

Rezidenturaya keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün 1005 namizəd elektron ərizə doldurub

Rezidenturaya keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün 1005 namizəd elektron ərizə doldurub
# 19 sentyabr 2011 09:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda rezidenturaya keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün indiyədək 1005 namizəd elektron ərizə forması doldurub. Onlardan 926 nəfəri elektron ərizəsini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən (TQDK) APA-ya verilən xəbərə görə, rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu sabah saat 10.00-da başa çatacaq.

Namizədlər şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerezidentura) daxil olaraq oradakı "Namizədin elektron ərizəsi" formasını doldurmalıdırlar. Ödəmə kartını virtual formada internet vasitəsilə və ya Azercell-in 7725 xidmətindən istifadə etməklə əldə etmək olar. Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq SQK-ya təqdim edib, “Namizədin elektron ərizəsi” formasını təsdiq etdirməlidir. Namizədlər "Namizədin elektron ərizəsi” formasını Azərbaycan Tibb Universitetində və TQDK-nın Regional bölmələrində (Naxçıvan MR, Gəncə, Şəki, Quba və Lənkəran şəhərlərində) yaradılmış SQK-da təsdiq etdirirlər.

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları "Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da doldurur və təsdiq etdirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR