Bank Of Baku

Ağcabədidə “Üzeyir Musiqi Günü” keçirilib

Ağcabədidə “Üzeyir Musiqi Günü” keçirilib
# 19 sentyabr 2011 09:52 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu - APA. Ağcabədi rayonunda Üzeyir Hacıbəylinin anadan olmasının ildönümü münasibətilə geniş tədbir keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, mərasimə rayon İcra Hakimiyyətinin rəhbərliyi, yerli ictimaiyyət nümayəndələri və respublikanın bir çox tanınmış ziyalısı qatılıb. Tədbir iştirakçıları Ağcabədi şəhərinin mərkəzində inşa edilmiş Qarabağ Muğam Evinin qarşısında dahi bəstəkarın büstünü ziyarət etdikdən sonra Heydər Əliyev adına Mərkəzi istirahət parkında təşkil edilən konsert proqramını da izləyiblər. Yerli incəsənət nümayəndələri Üzeyir Hacıbəylinin yaradıcılıq nümunələrindən ibarət ədəbi-bədii kompozisiyalar səsləndirib, “Leyli və Məcnun” operasından parçalar təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR