Bank Of Baku

Paytaxtdakı çörək sexlərində nöqsanlar aşkarlanıb

Paytaxtdakı çörək sexlərində nöqsanlar aşkarlanıb
# 19 sentyabr 2011 10:05 (UTC +04:00)
RGEM-nin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, monitorİnq zamanı bir sıra çörək sexlərində nöqsanlar aşkarlanıb və bunlarla bağlı tədbirlər görülür.

Onun sözlərinə görə, yoxlamalar zamanı Bakı şəhəri Xətai rayonunda yerləşən, fiziki şəxs Ehtiram Əsədova məxsus çörək sexində çoxlu sayda nöqsanlar aşkarlanıb: “Müəyyən olunub ki, həmin sexdə çörək istehsalı zamanı ələnməmiş undan istifadə olunur. Çörəyin saxlanılmasında və soyudulmasında da nöqsanlar var. Orada satışdan qayıdan çörəklərin satışa göndərilən çörəklərlə bir yerdə saxlanıldığı məlum olub. Bu kimi faktlarla əlaqədar sahibkar inzibati qaydada cərimə edilib və ona bir ay müddətində göstərilən nöqsanların tam aradan qaldırılması tapşırılıb. Əks təqdirdə ona obyektin fəaliyyətinin dayandırılacağı haqda xəbərdarlıq edilib”.

İ. Abdullayev deyib ki, paytaxtın Nizami rayonunda yerləşən, fiziki şəxs Rəhim Mirzəyevə məxsus çörək sexində də nöqsanlar aşkarlanıb: “Həmin sexdə un birbaşa istehsalat sexində saxlanılır. Sexdə temperatur çox və nəmişlik olduğuna görə, unun orada saxlanılması gigiyenik baxımdan yolverilməzdir. İstehsalat sexində işçilərin tibbi müayinədən keçmədiyi də aşkarlanıb. Bunlarla bağlı sahibkar cərimə olunub və ona nöqsanların aradan qaldırılması tapşırılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR