Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyi respublikanın bəzi ərazilərində yağışlarla əlaqədar çaylarda suyun səviyyəsinin artması barədə məlumat yayıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyi respublikanın bəzi ərazilərində yağışlarla əlaqədar çaylarda suyun səviyyəsinin artması barədə məlumat yayıb
# 19 sentyabr 2011 10:37 (UTC +04:00)
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar Astara rayonunun Ərçivan kəndi ərazisindən keçən Ərçivan çayında suyun səviyyəsi artaraq məcrasından çıxıb. Bəzi yaşayış evlərinə və təsərrüfat sahələrinə ziyan dəyib. Lənkəran rayonunun Osaküçə kəndi ərazisindən keçən Veravulçayda suyun səviyyəsi artıb, kənd daxili körpülər sel sularının təsirindən yararsız hala düşüb. Lənkəran rayonunun Təngivan kəndində yağan güclü yağışlar Bəşəru çayda suyun səviyyəsinin artmasına səbəb olub. Həmin ərazidə bəzi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub.
Bu gün gecə saatlarında Astara rayonunun Ərkivan kəndində birmərtəbəli fərdi evin həyətyanı sahəsini su basıb. Hadisə yerinə cəlb olunmuş FHN-in dalğıc-xilasediciləri evdə köməksiz vəziyyətdə qalmış 5 nəfəri xilas edib.
Hazırda qeyd olunan ərazilərdə nazirliyin və aidiyyəti qurumların qüvvələri tərəfindən müvafiq tədbirlər görülür. Həmçinin, çaylarda suyun səviyyəsinin aşağı endiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR