Bank Of Baku

AMEA-nın Rəyasət Heyəti xarici dil və fəlsəfədən doktoranturaya imtahan proqramını təsdiq edib

AMEA-nın Rəyasət Heyəti xarici dil və fəlsəfədən doktoranturaya imtahan proqramını təsdiq edib
# 19 sentyabr 2011 11:12 (UTC +04:00)
Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov məlumat verib. Onun sözlərinə görə, doktorant olmaq istəyənlər bu imtahan proqramlarını AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutundan və Xarici Dil Kafedrasından əldə edə bilərlər.

A. Həşimov deyib ki, doktoranturaya imtahanlar əvvəldən də deyildiyi kimi, oktyabr ayında keçiriləcək: “Doktoranturaya sənəd qəbulu başa çatandan sonra Rəyasət Heyətinin imtahan günləri ilə bağlı xüsusi iclası keçiriləcək və günlər elan ediləcək. Zərurət yaranarsa, doktoranturaya sənəd qəbulu uzadıla bilər. Artıq Təhsil Nazirliyinin tabeliyində olan doktoranturalara da sənəd qəbulu başlayıb. Çoxları sənəd qəbulu elan edilməsindən indi xəbər tutublar. Əksəriyyət isə bunun üçün referat yazmaq lazım gəldiyini bilmirlər. Biz bu proseduru onlara öyrətməyə məcbur oluruq. Ona görə də həmin şəxslərin doktoranturaya sənəd vermə prosesi bir neçə gün ləngiyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR