Bank Of Baku

İmran Abdullayev: “Aşkarlanan nöqsanlara görə bir neçə restoran və şadlıq evinin sahibi cərimələnib, “Görüş” restoranının fəaliyyəti isə dayandırılacaq”

İmran Abdullayev: “Aşkarlanan nöqsanlara görə bir neçə restoran və şadlıq evinin sahibi cərimələnib, “Görüş” restoranının fəaliyyəti isə dayandırılacaq”
# 19 sentyabr 2011 11:16 (UTC +04:00)
RGEM-nin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin APA-ya bildirib ki, Nəsimi rayonunda yerləşən, fiziki şəxs Akif Hüseynova məxsus “Görüş” restoranında aparılan yoxlamalar zamanı soyuq qəlyanaltıların hazırlandığı sexdə texniki vəziyyətin normalara uyğun olmadığı aşkarlanıb: “Məlum olub ki, sexdə gündəlik təmizlik işləri aparılmır, istifadə olunan qazan və qabların təmizliyi qənaətbəxş deyil. Orada çalışan işçilər də tibbi müayinədən keçməyib. Bütün bunlarla əlaqədar restoran sahibi cərimələnib və obyektin bağlanması haqqında qərar qəbul ediləcək”.

İ. Abdullayev deyib ki, “Dəniz” şadlıq evində aparılan yoxlamalar zamanı orada çalışan işçilərin tibbi müayinədən keçmədikləri aşkarlanıb: “Obyektin sahibkarı cərimələnib və ona nöqsanların aradan qaldırılması tapşırılıb”.

İ. Adbullayev Səbail rayonda yerləşən, “Pak Holdinq”ə məxsus “Maxaredze” restoranında keçirilmiş yoxlamalar zamanı çox ciddi nöqsanlar aşkarlandığını bildirib: “Obyektin mətbəxində gigiyenik normalara cavab verməyən şəraitdə ərzaqlar hazırlanır. Nöqsanlarla əlaqədar restoranın sahibkarı inzibati qaydada cərimə olunub. Ona qısa müddət ərzində nöqsanların aradan qaldırılması və əks təqdirdə obyektin fəaliyyətinin dayandırılacağı haqda xəbərdarlıqlar edilib. Səbail rayonunda yerləşən “Arabesqus” kafesində aparılan yoxlamalar zamanı da bir sıra nöqsanlar üzə çıxıb və sahibkar cərimələnib”.

Digər bir yoxlama isə Səbail rayonunda yerləşən “Esperesso Azərbaycan” MMC-yə məxsus “Seqafredo” kafesində aparılıb. İ. Abdullayev bildirib ki, yoxlama zamanı aşkarlanan nöqsanlarla bağlı obyektin sahibkarı cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR