Bank Of Baku

Qardabanidə azərbaycanlıların yaşadığı Qaracalar kəndində yeni məktəb binası istifadəyə verilib - FOTO

Qardabanidə azərbaycanlıların yaşadığı Qaracalar kəndində yeni məktəb binası istifadəyə verilib - <font color=red>FOTO</font>
# 19 sentyabr 2011 11:21 (UTC +04:00)
Qardabani. Nizami Məmmədzadə - APA. Gürcüstanın Qardabani rayonunda azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndində Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə yeni məktəb binasının açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində Gürcüstan və Azərbaycan dövlətlərinin himni səsləndirilib, bayraqları qaldırılıb. Tədbirdə Gürcüstan Elm və Təhsil Nazirinin müavini Koka Seperteladze və Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze çıxış edərək yeni dərs ili münasibətilə azərbaycanlı şagirdləri və müəllimləri təbrik edərək onlara uğurlar arzulayıblar. Sonra tədbir iştirakçıları məktəbin sinif otaqlarına baxış keçiriblər.
Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze jurnalistlərə açıqlamasında müasir standartlara uyğun məktəb inşa etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

D. Kirkitadze Azərbaycan dilli məktəblərdə dərslik çatışmamasına da münasibət bildirib: "Bu barədə mənim məlumatım var. Təhsil və elm nazirliyi öhdəlik götürüb ki, gələn ildən dərslik çatışmamasında heç bir problem olmayacaq. Bu gün təhsil nazirinin müavini məktəbə yeni dərsliklər gətirib və ümid edirəm ki, bu problem Kvemo-Kartli bölgəsində tezliklə həll olunacaq".

Qaracalar ümumi məktəbin direktoru XədicəTuşduyeva APA-ya açıqlamasında məktəbdə tədris prosesinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Tədbirdə Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubov, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə, Qardabani rayon İcra Hakimiyyəti başçısı Zviad Epitaşvili və onun müavinləri Manuçar Çoxadze və Araz Maşov, ziyalılar və kənd sakinləri, mətbuat nümayəndələri iştirak ediblər.
Tədbir məktəb kollektivinin hazırladığı konsert proqramı ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR