Bank Of Baku

Astara rayonunda torpaq sürüşməsi baş verib

Astara rayonunda torpaq sürüşməsi baş verib
# 19 sentyabr 2011 13:53 (UTC +04:00)
APA-nın yerli bürosunun məlumatına görə, Astaraçay və Pensərçay çaylarında suyun səviyyəsinin 2 metrdən çox qalxması nəticəsində rayonun Rinə kəndində fərdi yaşayış evləri, sosial obyektlər və əkin sahələri suyun altında qalıb. Kənd orta məktəbinə gedən yolu su basdığından bu gün aşağı sinif şagirdləri dərsə gedə bilməyiblər. Kənd sakini Əlyar Məhərrəmovun fərdi həyətyanı sahəsində torpaq sürüşməsi baş verib və onun ailəsinin evdə yaşaması üçün real təhlükə yaranıb. Torpaq sürüşməsi nəticəsində sözü gedən həyətdə 20 metr uzunluğunda və və 5 metr dərinlikdə çuxurlar əmələ gəlib. Rinə kəndində, həmçinin daha 3 yaşayış evinin də sürüşmə təhlükəsi ilə üzləşdiyi bildirilir.

Təbi fəlakətin fəsadlarının aradan qaldırılması ilə əlaqədar rayon fövqəladə hallar komissiyası tərəfindən tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR