Bank Of Baku

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən “Azərbaycan folkloru” adlı biblioqrafik göstərici nəşr olunub

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən “Azərbaycan folkloru” adlı biblioqrafik göstərici nəşr olunub
# 19 sentyabr 2011 14:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası tərəfindən kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərlinin “Azərbaycan folkloru” adlı biblioqrafik göstəricisi nəşr olunub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, biblioqrafik göstəricidə qədim dövrlərdən bu günədək Azərbaycan folklorunun bütün sahələrinə həsr olunmuş çap əsərləri toplanıb. Kitabda Azərbaycan folklorunun müxtəlif janr və növləri, aşıq yaradıcılığı, Azərbaycan dastanları, nağılları, xalq nəğmələri, aforizmlər, müdrik sözlər, xalq oyunları, mərasimlər öz əksini tapıb. “Azərbaycan folkloru” biblioqrafik göstəricisi Azərbaycan folkloruna həsr olunmuş ilk biblioqrafik mənbədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR