Bank Of Baku

Türkiyədə Qafar Çaxmaqlının kitabı nəşr olunub

Türkiyədə Qafar Çaxmaqlının kitabı nəşr olunub
# 19 sentyabr 2011 14:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyədə azərbaycanlı araşdırmaçı Qafar Çaxmaqlının “Dağlık Karabağ işgalden önce ve sonra” adlı kitabı nəşr olunub. APA-nın məlumatına görə, kitab Yalova Əsassız Erməni İddiaları ilə Mücadilə Dərnəyinin və Yalova bələdiyyəsinin dəstəyi ilə işıq üzü görüb.

Kitabın ilk bölümündə Dağlıq Qarabağ coğrafi bölgəsi, bu toponimin mənşəyi, meydana gəlməsi, tarixi, Rusiya-İran müharibələri, ermənilərin bölgəyə köçürülməsi kimi məsələlər yer alıb. Kitabda ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəkləri və bununla bağlı ötən əsrdə həyata keçirdikləri soyqırım, etnik təmizləmələr və siyasi sahədə fəaliyyətləri barədə məlumat verilib. Sənədlər, real faktlar və stenoqramlarla bu proseslər anladılıb. Kitabçada həmçinin Dağlıq Qarabağa köçürülmüş ermənilərin hazırkı durumlarından da bəhs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR