Bank Of Baku

Azərbaycanda rezidenturaya sənəd qəbulu başa çatıb

Azərbaycanda rezidenturaya sənəd qəbulu başa çatıb
# 20 sentyabr 2011 08:06 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, ilkin statistik məlumatlara əsasən, rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün 1056 namizəd öz ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirib.
Qeyd edək ki, rezidenturaya qəbul imtahanları sentyabrın 24-25-də iki gün ərzində keçiriləcək. Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətində (müvafiq olaraq qəbul proqramı əsasında) baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR