Bank Of Baku

Azərbaycanda neftçilərin orta aylıq pensiyası 340 manatdır

Azərbaycanda neftçilərin orta aylıq pensiyası 340 manatdır
# 20 sentyabr 2011 08:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği hazırda 340 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərə yaxındır.

Məlumatda bildirilir ki, Dövlət Neft Şirkəti Azərbaycanda yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. Şirkət həm fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı, həm də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malikdir. Bu ilin yanvar-avqust ayları ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 75,4 mln. manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.

Bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.

Qeyd edək ki, 2001-ci ildə 20 Sentyabr - Neftçilər günü elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR