Bank Of Baku

“Azərbaycan neft sənayesi tarixi” adlı foto-sərgi keçiriləcək

“Azərbaycan neft sənayesi tarixi” adlı foto-sərgi keçiriləcək
# 20 sentyabr 2011 10:29 (UTC +04:00)
Bakı-APA. 20 sentyabr - “Neftçilər günü” münasibəti ilə “İçərişəhər” tarixi muzeyi “Azərbaycan Neft Sənayesi tarixi” adlı foto-sərgi keçirəcək. Bu barədə APA-ya Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Sərgidə Azərbaycanda neft sənayesinin yaranmasını və inkişafını əks etdirən, XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayaraq, müasir dövrü əhatə edən foto-şəkillər nümayiş olunacaq. Açılışda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəfəsli alətlər orkestri konsert proqramı ilə çıxış edəcək.

Tədbir sabah saat 14.00-da Qız Qalasının qarşısındakı meydanda baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR