Bank Of Baku

Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar gələn ilin yazında quraşdırılacaq

Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar gələn ilin yazında quraşdırılacaq
# 20 sentyabr 2011 11:18 (UTC +04:00)
Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, bu ilin dekabr ayında sualtı stansiyaları quraşdırmaq üçün avadanlıqlar ölkəyə gətiriləcək. Lakin dekabr ayında hava soyuq olduğu üçün stansiyalar havalar biq qədər isinəndə quraşdırılacaq.

Q. Yetirmişli deyib ki, gələn il Azərbaycanda 3 sualtı, quru ərazilərdə isə 4 seysmik stansiya quraşdırılacaq. Bu ilin oktyabrında isə Naxçıvanda 3 seysmik stansiyanın quraşdırılması gözlənilir. Hazırda Naxçıvanın Culfa rayonunda bir telemetrik stansiya fəaliyyət göstərir. Yeni stansiyalar isə Şahbuz, Ordubad və Sədərək rayonlarında quraşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR