Bank Of Baku

Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılıb

Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılıb
# 20 sentyabr 2011 11:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılıb. APA-nın məlumatına görə, Xətai rayonunda «Bakı» kinoteatrının qarşısında fəaliyyətə başlayan yarmarka Kənd Təsərrüfatı Nazirliyinin (KTN) təşkilatçılığı ilə keçirilir. Yarmarkanın açılış mərasiminə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov da qatılıb. A. Aslanov yarmarkaya 40 rayondan 350-dən çox arıçılıq məhsulları istehsalçısının qatıldığını bildirib. Nazir müavini əlavə edib ki, hazırda yarmarkada 400 tondan artıq bal satışa çıxarılıb, burada qiymətlər standart – 1 kq üçün 15 manat təyin olunub: «Son illərdə ölkədə arıçılıq sektoru inkişaf edir. Təkcə 2007-2010-cu illərdə ölkədə 97 min arı ailəsi artıb və hazırda respublika üzrə 193205 arı ailəsi və 32 arı damazlıq təsərrüfatı mövcuddur».

KTN-in heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov APA-ya açıqlamasında bildirib ki, yarmarkada iştirak edən arıçıların sayı artmaqdadır: «Ümumilikdə 600 arıçı yarmarkaya qatılıb və yarmarkaya çıxarılan bal öncə baytarlıq laboratoriyasında yoxlanılır. Saxta, tərkibində diastaza fermeti olmayan balın satışa çıxarılmasına icazə verilmir. Yarmarkada keyfiyyətə və qiymətlərə ciddi nəzarət olunur».
Yarmarkada balla yanaşı 40 kq-a qədər çiçək tozu, 1 kq arı südünün satılması planlaşdırılır.
Nazirlik rəsmisi qeyd edib ki, sərgi-yarmarkada iştirak üçün KTN-ə Gürcüstan və İrandan müraciətlər var.

Yarmarka oktyabrın 5-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR