Bank Of Baku

Qənirə Paşayeva II Böyük Rumeli Balkan Festivalında çıxış edib

Qənirə Paşayeva II Böyük Rumeli Balkan Festivalında çıxış edib
# 20 sentyabr 2011 12:32 (UTC +04:00)
Bakı-APA. Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Bursada keçirilən II Böyük Rumeli Balkan Festivalında iştirak edib.
APA-nın xəbərinə görə, Q. Paşayeva Mustafa Kamal Atatürk adına mərkəzi şəhər stadionunda düzənlənən və Türkiyənin hökumət, parlament nümayəndələrinin, Balkan ölkələrindən, eləcə də dünyanın müxtəlif bölgələrindən gəlmiş türk kökənli nazirlərin, millət vəkillərinin, bələdiyyə başqanlarının qatıldığı toplantıda çıxış edib.

Q. Paşayeva diqqəti Azərbaycan torpaqlarının işğalı faktına və bu faktın bütün türk dünyasını təhdid edən bir təcavüzkarlıq aktı olduğuna yönəldib. İştirakçıları Qarabağ uğrunda mübarizə aparan Azərbaycan vətəndaşlarının haqlı səsini eşitməyə çağıran millət vəkili qaçqın və məcburi köçkünlərin durumunun, işğal altındakı ərazilərdəki milli, tarixi mədəniyyət abidələrinin dağıdılması və erməniləşdirilməsinin, işğal faktının davam etməsinin yalnız Azərbaycanın milli məsələsi olmadığını vurğulayıb.
Millət vəkili onu da deyib ki, Balkanlardan, Rumelidən bir zamanlar Türkiyəyə pənah gətirmiş köçkün, qaçqın düşmüş türkləri azərbaycanlılar qədər yaxşı anlayan olmaz: “Çünki biz eyni kədəri yaşayırıq”.

Q. Paşayeva tədbir iştirakçılarına belə bir festivalı keçirdikləri üçün təşəkkürünü bildirib: “Böyük Rumeli, Balkan festivalları artıq ikinci ildir keçirilir. İnşallah, birlikdə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edəcəyik. Arzu edirəm ki, üçüncü il şölənlərini hamımız birlikdə Qarabağımızda keçirək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR