Bank Of Baku

Ukraynada qış vaxtına keçid ləğv edilib

Ukraynada qış vaxtına keçid ləğv edilib
# 20 sentyabr 2011 14:31 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna parlamenti ölkənin qış vaxtından yay vaxtına və əksinə keçidini ləğv edib. “APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə qərar Ali Radanın bu gün keçirilən iclasında qəbul edilib.

Qərarın lehinə 450 deputatdan 226 nəfər səs verib. Bununla da Ukrayna ərazisində qış vaxtına keçid ləğv olunub.

Ukraynanın səhiyyə naziri Aleksandr Anişenko qərarı dəstəkləyib. Onun fikrincə, bir vaxtdan digərinə qəfil keçid insanların səhhətinə mənfi təsir edir.

Qeyd edək ki, indiyədək Ukrayna hər il mart ayının sonuncu bazar günü yay vaxtına, oktyabr ayının sonuncu bazar günü isə qış vaxtına keçirdi. Ukraynadan əvvəl Rusiya bu ilin fevralında qış vaxtına keçidi ləğv edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR