Bank Of Baku

Təbii fəlakətdən ziyan çəkmiş Lənkəran rayon sakinlərinə kompensasiya veriləcək

Təbii fəlakətdən ziyan çəkmiş Lənkəran rayon sakinlərinə kompensasiya veriləcək
# 20 sentyabr 2011 14:35 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin (CRM) əməkdaşları ilə Lənkəran rayon fövqəladə hallar komissiyasının üzvlərinin birgə iştirakı ilə son günlər Lənkərana yağan güclü yağışlar nəticəsində ziyan çəkmiş fərdi təsərrüfatlara və sosial obyektlərə baxış keçirilməyə başlanıb. Bu barədə APA-nın yerli bürosuna Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) aparatından məlumat verilib. Məlumata görə, komissiya tərəfindən qəza vəziyyətinə düşmüş fərdi yaşayış evləri və obyektlər barəsində akt tərtib olunur. Dəymiş ziyanın nəticələri ümumiləşdirildikdən sonra kompensasiyaların ödənilməsi üçün müvafiq qurumlara müraciət olunacaq. FHN CRM-nin əməkdaşları hazırda həyətlərdə yığılmış sel sularının təmizlənməsinə işinə cəlb olunublar. Rayonun Siyobili və Təngivan kəndlərində selin dağıdıb apardığı suötürücü boruların təmir-bərpa işləri də xüsusi diqqət mərkəzindədir. Bu gün, həmçinin ŞİH-nin təşəbbüsü ilə sel nəticəsində körpüləri sıradan çıxaraq rayon mərkəzi ilə əlaqəsi kəsilmiş dağlıq Günəhir və Bəliton kəndlərinin sakinlərinə çörək və zəruri ərzaq məhsulları göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR