Bank Of Baku

İsmayıllıda 21 məcburi köçkün ailəsinin yaşadığı əraziyə ilk dəfə təbii qaz verilib

İsmayıllıda 21 məcburi köçkün ailəsinin yaşadığı əraziyə ilk dəfə təbii qaz verilib
# 20 sentyabr 2011 19:34 (UTC +04:00)
İsmayıllı. Elvin Yaqubov. APA. İsmayıllı rayonunun Aşıqbayramlı kəndində məskunlaşan məcburi köçkün ailələri üçün yeni çəkilən təbii qaz xətti istifadəyə verilib. Rayon icra hakimiyyətindən APA-ya verilən məlumata görə həmin kəndin ərazisində kompakt şəkildə müvəqqəti məskunlaşan 21 məcburi köçkün ailəsinin fərdi yaşayış evinə “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə yeni qaz xətti çəkilib. Qeyd edək ki, ötən il Aşıqbayramlı kəndinin köhnə qaz xətti bərpa edilərək istifadəyə verilib. Yaxın vaxtlarda Kürdmaşı kəndində yaşayan məcburi köçkünlərə, eləcə də Hapıtlı və Topçu kəndlərinin sakinlərinə təbii qaz veriləcək. Hazırda rayonun 31 yaşayış məntəqəsində əhali təbii qazdan istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR