Bank Of Baku

Səməd Seyidov ABŞ səfirliyinin siyasi şöbəsinin müdiri ilə görüşüb

Səməd Seyidov ABŞ səfirliyinin siyasi şöbəsinin müdiri ilə görüşüb
# 21 sentyabr 2011 07:41 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov ABŞ səfirliyinin siyasi şöbəsinin müdiri Antoni Bairdi qəbul edib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, S. Seyidov universitetdə 14 dilin tədris olunduğunu, 5000-dən çox tələbənin təhsil aldığını qonağın nəzərinə çatdırıb. O, bu yaxınlarda ADU-nun yay məktəbinə gələn amerikalı tələbələrin bu müddət ərzində Azərbaycan dilini, tarixini, mədəniyyətini, musiqisini öyrəndiklərini söyləyib.

A. Baird də öz növbəsində Azərbaycan Dillər Universitetində olmaqdan məmnunluğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR