Bank Of Baku

Sabirabad rayonunun iki kəndində su problemi yaranıb

Sabirabad rayonunun iki kəndində su problemi yaranıb
# 21 sentyabr 2011 08:45 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunun iki kəndi bir aydır ki, susuz qalıb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayonunun Qaratoğay və Osmanlı kəndlərinin sakinləri bildiriblər. Onların bildirdiyinə görə, artıq bir aydır ki, bu kəndlərə su vuran nasoslar enerji transformatorunun sıradan çıxması səbəbindən işləmir. Nəticədə iki kəndin əkin sahələri suvarılmır və kənd əhalisi içməli suyu evlərə maşınlarla gətirirlər. Sakinlər bildiriblər ki, kənddə heyvanlara verməyə belə, su tapılmır.
Qaratoğay kəndinin icra nümayəndəsi İdris Xəlilov APA-ya bildirib ki, kənddə su nasoslarını elektrik enerjisi ilə təmin edən 10/0,4 kv-luq 1000 kVa-lıq transformator yanaraq sıradan çıxıb. Artıq transformator Şirvan elektrik şəbəkəsində təmir edilib. Sabaha qədər yerinə quraşdırılacaq və nasoslar işə düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR