Bank Of Baku

Hicran Hüseynova: “Özəl sektorda çalışan qadınların 3 faizinin öz şəxsi biznesi var, bu, çox kiçik rəqəmdir”

Hicran Hüseynova: “Özəl sektorda çalışan qadınların 3 faizinin öz şəxsi biznesi var, bu, çox kiçik rəqəmdir”
# 21 sentyabr 2011 08:56 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Hazırda Azərbaycanda ümumi iqtisadi fəal əhalinin sayı 4 milyon 331 min 800 nəfərdir, onun 2 milyon 130 min nəfəri qadınlardır. Qadınlar iqtisadiyyatın demək olar ki, bütün sahələrində çalışırlar. Qadınların məşğul əhalinin ümumi sayında payı 49,5 faizə çatıb”. APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova komitə və “BMT-Qadınlar” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya regional ofisinin birgə təşkilatçılığı ilə “Qeyri-formal iqtisadiyyat sahəsində çalışan qadınların imkanlarının genişləndirilməsi: əhalinin həyat səviyyəsi və keyfiyyətin yüksəldilməsinin səmərəli vasitəsi kimi” mövzusunda keçirilən dəyirmi masada deyib.

H. Hüseynova bildirib ki, Azərbaycanda əmək qabiliyyətli qadınların 69,2 faizi özəl sektorda, 30,8 faizi isə dövlət sektorunda çalışır: “Özəl sektorda çalışan qadınların yalnız 3 faizinin öz şəxsi biznesi var. Bu, çox kiçik rəqəmdir. Bizneslə məşğul olan qadınlar əsasən kiçik müəssisələrdə fəaliyyət göstərirlər və qadınların çox az hissəsi orta və böyük müəssisələrdə çalışır”.

Komitə sədrinin sözlərinə görə, ölkədə sosial sahələr üzrə idarəetmə strukturlarında çalışan qadınlar 33 faiz təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR