Bank Of Baku

Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
# 21 sentyabr 2011 09:26 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabrın II ongünlüyü üçün keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın II ongünlüyündə Kür çayında suyun sərfi ayın I ongünlüyünə nisbətən 31,2 kubmetr/saniyə azalaraq 93,8 kubmetr/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni ötüb.

Monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar və mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR