Bank Of Baku

Hicran Hüseynova: “Komitəmiz Azərbaycanda qadınların əmək hüquqlarının qorunmasını və qadın sahibkarlığın inkişafını daim dəstəkləyir”

Hicran Hüseynova: “Komitəmiz Azərbaycanda qadınların əmək hüquqlarının qorunmasını və qadın sahibkarlığın inkişafını daim dəstəkləyir”
# 21 sentyabr 2011 09:54 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “BMT-Qadınlar” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya regional ofisinin birgə təşkilatçılığı ilə “Qeyri-formal iqtisadiyyat sahəsində çalışan qadınların imkanlarının genişləndirilməsi: əhalinin həyat səviyyəsi və keyfiyyətin yüksəldilməsinin səmərəli vasitəsi kimi” mövzusunda dəyirmi masa keçirilir. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, komitə Azərbaycanda qadınların əmək hüquqlarının qorunmasını və qadın sahibkarlığının inkişafını daim dəstəkləyir: “Bu məqsədlə sahibkar qadınlar haqqında informasiya bankı yaradılıb, “Azərbaycan qadını. Sahibkarlar” kataloqu hazırlanıb. Son illər yaradılmış Qadın Sahibkarları Assosiasiyası qadın sahibkarların problemləri ilə məşgul olur”.

H. Hüseynova deyib ki, qeyri-formal sektorda çalışan qadınların sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması və hüquqlarının təmin olunması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi üçün təkliflər hazırlanıb. Təkliflərdə qadınlara və ailə təsərrüfatlarına mikro-kreditlərin verilməsinin genişləndirilməsi proqramlarının hazırlanması, “BMT-Qadınlar” regional proqramı çərçivəsində komitə ilə birgə paytaxt və regionlarda qeyri-formal məşğulluqla bağlı pilot-layihələrin hazırlanması məqsədəuyğun sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR