Bank Of Baku

Sabirabadda “İnsan alverinə və zorakılığa yox deyək!” devizi altında aksiya keçiriləcək

Sabirabadda “İnsan alverinə və zorakılığa yox deyək!” devizi altında aksiya keçiriləcək
# 21 sentyabr 2011 10:58 (UTC +04:00)
Bakı – APA. Sabirabad rayonunda “İnsan alverinə və zorakılığa yox deyək!” devizi altında tədbir keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aran iqtisadi rayonuna daxil olan 18 rayonun (şəhərin) gənclər və idman idarələrinin rəisləri, fəal gənclər bu devizi altında keçirilən aksiyada bir araya gələcəklər.

Aksiya sentyabrın 23-də Sabirabadda yerləşən Gənclər evində baş tutacaq. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev və DİN-in İnsan alverinə qarşı mübarizə idarəsinin məsul əməkdaşı və digər rəsmilər iştirak edəcəklər.

Qeyd edək ki, bu tədbir Azərbaycan prezidentini müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”na və Gənclər və İdman Nazirliyinin iş planına uyğun olaraq keçirilir. Bununla yanaşı, həmin gün Sabirabad Mədəniyyət Mərkəzində İnsan alverinə qarşı mübarizəyə həsr olunmuş mədəni-kütləvi aksiyanın keçirilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR