Bank Of Baku

Azərbaycanda ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin isə 63 faizi qadınlardır

Azərbaycanda ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin isə 63 faizi qadınlardır
# 21 sentyabr 2011 11:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Azərbaycanda ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin isə 63 faizi qadınlardır”. APA-nın məlumatına görə, bu məlumatlar BMT-nin Qadınlar üçün İnkişaf Fondu tərəfindən hazırlanan “Azərbaycanda qeyri-formal məşğulluq sahəsində çalışan qadınların hüquqları” adlı mövcud vəziyyətin təhlili üzrə ilkin layihədə qeyd olunub.

Sənəddə göstərilir ki, ölkədə qadınların təhsil və savadlılıq səviyyəsi ilbəil artır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, ümumtəhsil məktəblərində şagirdlərin 46 faizi, orta ixtisas təhsili məktəblərində oxuyanların 66 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 46 faizi qızlardır: “Əhalinin siyahıyaalınması üzrə qadınların savadlılıq səviyyəsi 99,5 faizə çatıb. Elmin inkişafında da qadınların müstəsna rolu var. Hazırda doktorantların 46, bütün elmi işçilərin isə 51 faizini qadınlar təşkil edir. Son 5 ildə doktorluq dərəcəsi olan qadınların sayı 22 faiz artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən isə 3-ü qadındır”.

Sənəddə nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınları sayının da ildən-ilə artdığı qeyd olunub. Hesablamalara əsasən, 2005-ci ildə belə qadınların sayı 2285 nəfər olduğu halda 2010-cu ildə 5650 nəfərə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR