Bank Of Baku

“Neftçilər günü” münasibəti ilə “Azərbaycan neft sənayesi tarixi” adlı foto-sərgi keçilib

“Neftçilər günü” münasibəti ilə “Azərbaycan neft sənayesi tarixi” adlı foto-sərgi keçilib
# 21 sentyabr 2011 12:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 20 sentyabr - “Neftçilər günü” münasibəti ilə “Azərbaycan Neft Sənayesi tarixi” adlı foto-sərgi keçirib. APA-nın məlumatına görə, sərgidə Azərbaycanda neft sənayesinin yaranmasını və inkişafını əks etdirən, XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayaraq müasir dövrü əhatə edən foto-şəkillər nümayiş etdirilib. Sərginin açılışında çıxış edən “İçərişəhər” tarix muzeyinin direktor müavini Musa Musayev bildirib ki, neft Azərbaycan xalqının milli sərvətidir: “Vaxt olub ki, dünyada istehsal olunan neftin 95 faizi Azərbaycanda çıxarılıb. Dənizdə ilk dəfə neft çıxarılması Azərbaycanın adı ilə bağlıdır. Müstəqillik əldə etdikdən və “Əsrin kontraktı” imzalanandan sonra isə Azərbaycan nefti öz xalqına xidmət etməyə başlayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR