Bank Of Baku

Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi çərçivəsində növbəti imtahanlar keçirilib

Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi çərçivəsində növbəti imtahanlar keçirilib
# 21 sentyabr 2011 12:46 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi çərçivəsində növbəti imtahanlar keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanlar mamalıq-ginekologiya və stomatologiya ixtisasları üzrə olub.

Qeyd edək kİ, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvar ayında start verilib. Sertifikasiya prosesinin birinci mərhələsində tibb mütəxəssislərinin hər biri ixtisaslarına uyğun test imtahanlarında iştirak edirlər. Birinci mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri ikinci mərhələyə - müsahibəyə dəvət olunurlar. Test imtahanları Səhiyyə Nazirliyinin Respublika Elmi-Tibbi Kitabxanasının binasında keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR