Bank Of Baku

Azərbaycanın ümumtəhsil məktəblərində keçirilən payız buraxılış imtahanlarının nəticələri açıqlanıb

Azərbaycanın ümumtəhsil məktəblərində keçirilən payız buraxılış imtahanlarının nəticələri açıqlanıb
# 21 sentyabr 2011 13:36 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyi Azərbaycanın ümumtəhsil məktəblərində ümumi orta təhsil səviyyəsi üzrə keçirilən payız buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 2-10 aralarında keçirilən imtahanların nəticələri rayon və şəhər təhsil şöbələrinə göndərilib və onlar vasitəsilə məktəblərə çatdırılıb. Şagirdlər qiymətlərini oxuduqları məktəblərdən öyrənə bilərlər.
Qeyd edək ki, ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR