Bank Of Baku

“Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol” mövzusunda elmi-praktik konfrans keçirilib

“Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol” mövzusunda elmi-praktik konfrans keçirilib
# 21 sentyabr 2011 15:13 (UTC +04:00)
Baki. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol” mövzusunda elmi-praktik konfrans keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransı giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi tarixi ədalətin bərpasıdır. O deyib ki, ötən illər ərzində elm və təhsil sahəsinin inkişafı istiqamətində bir sıra qərar və sərəncamlar imzalanıb, dövlət proqramları həyata keçirilib.

Təhsil naziri Misir Mərdanov “Müstəqil Azərbaycan Respublikasında yeni təhsil sisteminin formalaşması və inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Son 20 ildə təhsilə göstərilən dövlət qayğısından danışan nazir deyib ki, təhsil tarixində ilk dəfə olaraq 16 dövlət proqramı imzalanıb və hazırda nəzərdə tutulan bütün tədbirlər uğurla həyata keçirilməkdədir. M. Mərdanov təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə mövcud vəziyyətin təhlili əsasında hazırlanmış proqramların reallaşması nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR