Bank Of Baku

“Gənclərin vətəndaşlıq tərbiyəsində sülh mədəniyyətinin və insan hüquqlarının təbliğinin rolu” mövzusunda konfrans keçirilib

“Gənclərin vətəndaşlıq tərbiyəsində sülh mədəniyyətinin və insan hüquqlarının təbliğinin rolu” mövzusunda konfrans keçirilib
# 21 sentyabr 2011 15:16 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Azərbaycan Gənclər və İdman Nazirliyində “Sülh aylığı” çərçivəsində “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş “Gənclərin vətəndaşlıq tərbiyəsində sülh mədəniyyətinin və insan hüquqlarının təbliğinin rolu” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə Ümumdünya Sülh Gününün Azərbaycanda qeyd olunması tarixi, gənclər təşkilatlarının fəaliyyətində və Avropaya inteqrasiyada onun rolu, insan hüquqları ilə bağlı həyata keçirilən layihələr müzakirə olunub.

Konfransda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyinin sədri Ləman Cavadzadə, Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR