Bank Of Baku

Bərdənin Soğanveridlər kəndində Yaponiyanın dəstəyi ilə artezian quyusu bərpa edilib

Bərdənin Soğanveridlər kəndində Yaponiyanın dəstəyi ilə artezian quyusu bərpa edilib
# 22 sentyabr 2011 15:44 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Yaponiyanın Azərbaycandakı səfirliyi Bərdənin Soğanveridlər kəndində bir artezian quyusunun bərpasına maddi yardım göstərib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, 20 ildən artıq fəaliyyətsiz qalan su mənbəyinin yenidən istifadəyə verilməsi münasibətilə keçirilən açılış mərasimində səfir Şusuke Vatanabe də iştirak edib. Bərpa edilən arteziandan Soğanverdilər kəndində 40 ailə istifadə edə biləcək. İndiyədək həmin ailələr həm içməli, həm də təsərrüfat suyu sarıdan əziyyət çəkiblər.

Ş. Vatanabenin Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birgə yeni çıxan sudan içib. Diplomat bildirib ki, səfirlik bundan sonra da bölgədə bir neçə layihə həyata keçirməyi nəzərdə tutur: “Mən özüm kənd təsərrüfatına maraqlı adamam. Ona görə də düşünürəm ki, Azərbaycanda kənd təsərrüfatına təkan verməklə burada bu sahəni daha yaxşı inkişaf etdirmək olar. Bərdə ölkənin kənd təsərrüfatı sahəsində ən mühüm rayonlardan biridir. Biz Bərdədə bir neçə layihə həyata keçirmişik, bundan sonra da yerli İcra Hakimiyyəti orqanı ilə birlikdə bu işi davam etdirəcəyik”.

Jurnalistlərin çoxlu sayda su mənbələrinin ermənilərin işğalı altında olması haqda sualına səfir belə cavab verib: “Bu məsələdə hər iki tərəf sülh və əmin-amanlıq şəraitində dil tapmalıdır. Mülki əhali üçün böyük çətinliklərin olduğu məlumdur. Amma problemin həlli diplomatik münasibətlərdə və tərəflərin özlərinin bir araya gəlməsindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR