Bank Of Baku

Zaqatalada yeni sosial obyektlərin açılış və təməlqoyma mərasimləri keçirilib

Zaqatalada yeni sosial obyektlərin açılış və təməlqoyma mərasimləri keçirilib
# 22 sentyabr 2011 20:31 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada Dövlət müstəqilliyini bərpasının 20-ci ildönümü münasibətilə yeni sosial obyektlərin açılış və təməlqoyma mərasimləri keçirilib.
Zaqatala rayon İH-ia aparatından APA-ya verilən məlumata görə, tədbirlərdə rayon İH-nin başçısı Mübariz Əhmədzadə, müvafiq təşkilat və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Zaqatala şəhərində dövlət vəsaiti hesabına əsaslı təmir olunmuş 9 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər. Tədbirdə RİH-nin başçısı Mübariz Əhmədzadə ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb, bağçanın balaca sakinlərini, onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib.
Məlumat verilib ki, 1998-ci ildə baş vermiş yanğın nəticəsində 80 yerlik bu uşaq bağçası demək olar ki, yararsız vəziyyətə düşmüşdü. Əsaslı təmirdən sonra otaqların sayı 11-ə çatdırıb, musiqi zalı və digər xidməti otaqlar inşa edilib. Daha sonra şəhərin yeni yaşayış massivində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa ediləcək 50 yerlik uşaq bağçasının və rayonun Muxax kəndində 3 saylı ümumtəhsil orta məktəb üçün dövlət vəsaiti hesabına inşa olunan 80 şagird yerlik yeni binanın təməlqoyma mərasimləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR