Bank Of Baku

Bakı Tikiş Evi məktəbli formalarının səyyar satışına başlayıb

Bakı Tikiş Evi məktəbli formalarının səyyar satışına başlayıb
# 23 sentyabr 2011 08:25 (UTC +04:00)
Bu haqda APA-ya Bakı Tikiş Evinin direktor müavini Eldar Haqverdiyev məlumat verib. E. Haqverdiyev bildirib ki, səyyar satış Bakının Binə kəndi və Qaradağ rayonunun Lökbatan, Qızıldaş, Müşfiq və Sahil qəsəbələrindəki mağazalarda təşkil edilib: “Bakıda və onun bütün rayonlarında bizim xüsusi mağazalarımız fəaliyyət göstərir. Formaların əsas hissəsi həmin mağazalardan əldə edilib. Amma hazırda biz səyyar satışlar da təşkil etmişik. Əhali həmin mağazalardan sərbəst şəkildə geyimləri ala bilirlər”. Direktor müavinin sözlərinə görə, səyyar satışın təşkilindən sonra mağazalarda sıxlıqlar müşahidə edilmir.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məktəbli geyimlərinin alınması üçün vaxtı oktyabrın 1-dək uzadıb. Bu il Bakıda 340 minə yaxın məktəbli vahid məktəbli geyimindən istifadə edəcək. 2007-2008-ci tədris ilindən başlayaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində məktəbli forması tətbiq olunur. 2010-2011-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün təhsil müəssisələrinin I-IV sinif şagirdləri vahid məktəbli geyiminə keçib. Bu ilki tədris ilindən isə Bakı məktəblərinin bütün sinif şagirdləri məktəbli formalarına keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR