Bank Of Baku

Azərbaycanda rezidenturaya qəbul imtahanlarının keçiriləcəyi binaların təhlükəsizliyi yoxlanılır

Azərbaycanda rezidenturaya qəbul imtahanlarının keçiriləcəyi binaların təhlükəsizliyi yoxlanılır
# 23 sentyabr 2011 08:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Xüsusi Dövlət Mühafizə Xidməti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) və Daxili İşlər Nazirliyinin (DİN) işçi qrupları ilə birgə sabah rezidenturaya qəbul imtahanlarının keçiriləcəyi binalara baxış keçirirlər. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahan binaları yoxlanıldıqdan sonra mühafizəyə götürüləcək.

Azərbaycanda rezidenturaya qəbul imtahanı ilk dəfə olaraq keçirilir. İmtahan sentyabrın 24-də və 25-də iki gün ərzində keçiriləcək. Rezidenturaya qəbul imtahanının I mərhələsi sabah saat 11-də başlayacaq və 2,5 saat davam edəcək. Rezidenturaya qəbul imtahanı Bakı şəhərində iki binada – Azərbaycan Tibb Universitetinin 1-ci və 5-ci tədris binalarında keçiriləcək. İmtahanda iştirak etmək üçün 1056 namizəd ərizə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR