Bank Of Baku

Azərbaycan ərazisində sentyabrın 25-dən yağışlar yağmağa başlayacaq, bəzi yerlərdə leysan gözlənilir

Azərbaycan ərazisində sentyabrın 25-dən yağışlar yağmağa başlayacaq, bəzi yerlərdə leysan gözlənilir
# 23 sentyabr 2011 09:07 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 24-29 dərəcə isti olacaq.

Sentyabrın 25-də hava dəyişkən buludu olacaq, lakin axşama doğru qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu 22-27 dərəcə isti olacaq.

Sentyabrın 24-də Azərbaycanın rayonlarında hava sabit keçəcək. Aran rayonlarında 25-30, dağlıq rayonlarda 13-18 dərəcə isti gözlənilir.

Sentyabrın 25-dən bölgələrdə qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Qərb küləyi arabir güclənəcək. Axşam və gecə saatlarında şimşək çaxacağı yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacaq. Aran rayonlarında 24-29, dağlıq rayonlarda 12-17 dərəcə isti proqnozlaşdırılır.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 25-də atmosfer təzyiqinin xeyli yüksəlməsi və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR