Bank Of Baku

Bakıda beynəlxalq gənclər forumu keçiriləcək

Bakıda beynəlxalq gənclər forumu keçiriləcək
# 23 sentyabr 2011 10:40 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 26-da Bakıda “Yeni nəsl: sərhədsiz məsuliyyət” adlı Beynəlxalq Gənclər Forumuna start veriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumda azərbaycanlı gənclər ilə bərabər Rusiyanın Şimali Qafqaz regionunu təmsil edən ictimai fəal gənclərin, tələbələr, aspirantlar, gənc alimlər və gənclərlə işləyən dövlət orqanlarının, hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı gözlənilir. Bununla yanaşı, yaradıcı və istedadlı gənclər də tədbirə qatılacaq. Ümumilikdə isə tədbirdə 120-dən çox gəncin iştirakı nəzərdə tutulub.
Forumun keçirilməsində əsas məqsəd Qafqaz regionunda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənclərin bu regionun dinc və davamlı inkişafında məsuliyyətinin artırılmasıdır. İki gün keçirilməsi nəzərdə tutulan forumun proqramına eyni zamanda plenar iclaslar, seksiyalar üzrə iş, Azərbaycanın regionları ilə tanışlıq, yaradıcı gənclərin iştirakı ilə konsert də daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR