Bank Of Baku

“Şərq tərəfdaşlığı” və Avropa Birliyi ölkələrinin təhsil nazirləri tələbə mübadiləsi proqramlarını müzakirə edəcəklər

“Şərq tərəfdaşlığı” və Avropa Birliyi ölkələrinin təhsil nazirləri tələbə mübadiləsi proqramlarını müzakirə edəcəklər
# 23 sentyabr 2011 11:53 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin və bəzi Avropa Birliyi ölkələrinin təhsil nazirlərinin Polşada keçiriləcək görüşündə tələbə mübadiləsi proqramları müzakirə olunacaq. APA-nın ENPİ İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, sentyabrın 26-27-də keçiriləcək görüşdə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Latviya, Litva, Estoniya, İsveç, Danimarka, Fransa və Almaniyanın təhsil nazirləri iştirak edəcək.
Əsas müzakirə mövzusu Avropa Birliyi ilə tələbə mübadiləsi üzrə proqramlar, xüsusən AB və Avropa Qonşuluq Siyasəti ölkələri arasında əməkdaşlıq və tələbə mübadiləsini nəzərdə tutan “Erazmus Mundus” təhsil proqramı olacaq. Bu proqram Azərbaycanda da fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR