Bank Of Baku

Lənkəranda əmək yarmarkası keçirilib

Lənkəranda əmək yarmarkası keçirilib
# 23 sentyabr 2011 11:53 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəranda növbəti əmək yarmarkası keçirilib.

Rayon Məşğulluq Mərkəzinin direktoru Rahib Quliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, yarmarkaya 26 idarə, müəssisə və təşkilatdan 317 boş iş yeri çıxarılıb. Bunlardan 12-si dövlət, 9-u qeyri-dövlət, 2-si xarici şirkət və 3-ü fiziki şəxsə məxsus olub.

Sonda 103 nəfər işaxtaran vətəndaşa orta əmək haqqı 85-250 manat olmaqla peşələri üzrə müvafiq iş yerlərinə göndəriş verilib. Daha 29 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR