Bank Of Baku

Klinik Tibbi Mərkəzin şöbə müdiri: “Dərman zəhərlənmələri əsasən, intihar məqsədilə dozanın artıq qəbul edilməsi, ya da dərmanların əlavə təsiri nəticəsində baş verir”

Klinik Tibbi Mərkəzin şöbə müdiri: “Dərman zəhərlənmələri əsasən, intihar məqsədilə dozanın artıq qəbul edilməsi, ya da dərmanların əlavə təsiri nəticəsində baş verir”
# 23 sentyabr 2011 12:59 (UTC +04:00)
Bu haqda APA-ya Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. A. Maqsudovun sözlərinə görə, dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən Bakı şəhər sakini Nərgiz Əliyevanın sui-qəsd məqsədilə dərmandan dozadan çox istifadə etdiyi müəyyənləşdirilib: “Həmin xəstə artıq komadan çıxır, lakin vəziyyəti ağır olaraq qalır. Dərmandan zəhərlənmə diaqnozu qoyulan Bakı şəhər sakini 16 yaşlı Vüsalə Paşayeva isə “Valerian” preparatının əlavə təsirinə məruz qalmışdı. Onun vəziyyəti qənaətbəxşdir və artıq evə buraxılıb”.

A.Maqsudov bildirib ki, dərmandan zəhərlənmə ilə hər həftə xəstəxanaya 10-12 müraciət daxil olur, onun 4-5-nin sui-qəsd məqsədilə dozanın artıq qəbul edilməsi səbəbindən baş verdiyi müəyyənləşdirilir: “Hər bir dərman müsbət təsirlərlə yanaşı mənfi təsirlər də göstərə bilir. Orqanizmin dərmanı qəbul etmək qabiliyyəti var. Elə orqanizmlər var ki, çox həssasdır, dərmanın qəbulu onda allergik reaksiya yaradır, ürək bulanması, baş gicəllənməsi və sair formalarda özünü göstərir”.
Şöbə müdiri dərmandan zəhərlənmə ilə bağlı müraciətlərin sentyabrda ötən aya nisbətən bir az çox olduğunu deyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin saytında sentyabrın 22-də Gəncə şəhərində yaşayan Kəmalə Qasımovanın, Bakı şəhər sakini Nərgiz Əliyeva və Vüsalə Paşayevanın mənzillərindən dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirildiyi haqda məlumat açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR