Bank Of Baku

Səhiyyə Nazirliyində Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib

Səhiyyə Nazirliyində Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib
# 23 sentyabr 2011 13:04 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Səhiyyə Nazirliyində beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndələrinin iştirakı ilə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyəti müqayisə olunub, ölkədə səhiyyənin inkişafında beynəlxalq təşkilatların rolundan danışılıb. Qeyd edilib ki, müstəqillik illərində 400 dən artıq yeni tibb müəssisəsi açılıb, bu sahəyə ayrılan vəsait dəfələrlə artırılıb.
Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin Uşaq Fondu və digər beynəlxalq təşkilatların Bakıdakı nümayəndələri ölkədə yoluxucu xəstəliklərlə bağlı həyata keçirdikləri layihələr barədə məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR